Arvad ərinin üstünə qaynar su töküb öldürdü

Arvad ərinin üstünə qaynar su töküb öldürdü
Moskva yaxınlığındakı Lyubertsı rayonunun Malaxovka kəndində qadın ərini öldürüb.
Rusiya mediası bildirir ki, cinayət barədə 43 yaşlı qadın məlumat verib.
Məlumata görə, cütlük bir otaqlı ev icarəyə götürüblər. Aralarında yaranan münaqişə zamanı qadın kişini qarnından bıçaqlayıb. Daha sonra çaydandakı qaynar suyu onun üstünə töküb.
Qadın bundan sonra evdən çıxıb və 2 gün sonra qayıdıb. O, ərinin öldüyünü görüb və təcili tibbi yardıma xəbər verib.
Gundelik-Baku.Org