"Bütün müxalifəti dəvət edirəm ki..." - Məhərrəm İncə

"Bütün müxalifəti dəvət edirəm ki..." - Məhərrəm İncə
Türkiyə Millət Partiyasının sədri Məhərrəm İncə Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 
"Ölkəmizə yaraşan şəkildə sülh şəraitində keçirilən Prezident seçkilərinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm. Qeyri-müəyyən nəticələrə görə yenidən Prezident seçilən cənab Rəcəb Tayyib Ərdoğanı təbrik edir, ölkənin yığılıb qalmış problemlərinin həllində ona uğurlar arzulayıram. Yaxın günlərdə seçkinin nəticələri ilə bağlı ətraflı qiymətləndirmələr edəcəyəm. Hələlik mən bütün müxalifəti harda səhv etdiyimizi düşünməyə dəvət edirəm", - deyə o bildirib.
Gundelik-Baku.Org