Ağcaqanadları hansı qoxular cəlb edir?

Ağcaqanadları hansı qoxular cəlb edir?
Alimlər ağcaqanadları hansı qoxuların cəlb etdiyini aşkar ediblər. 
Xarici media xəbər verir ki, ABŞ-ın Virciniya Politexnik İnstitutunun və Missisipi Universitetinin alimləri insandan gələn müəyyən qoxuların ağcaqanadları cəlb etdiyini açıqlayıblar. 
Əvvəllər tədqiqatçılar ağcaqanadların qida tapmaq üçün bitkilər tərəfindən buraxılan uçucu üzvi birləşmələri (VOC) axtardığını bildirmişdilər. Nektar onların əsas qidasıdır. İnsanların və heyvanların qanı artıq ikinci yerdədir. 
Göründüyü kimi, istifadə etdiyimiz gigiyena məhsulları VOC-lərin tərkibini dəyişdirə bilər və bununla da qoxunun cəlbediciliyini artıra və ya azalda bilər.
Alimlər 16 könüllünün iştirakı ilə təcrübə aparıblar. Tədqiqatçılar əvvəlcə subyektlərin təbii qoxusunun nə olduğunu öyrəniblər və sonra hər kəsdən müəyyən bir qoxu olan sabunla bir neçə gün yuyunmağı xahiş ediblər. Bundan sonra ekspertlər qoxuların hər birinin (yuyulmamışdan əvvəl və bir saat sonra) sarı qızdırma və denq qripi, zika virusu və digər xəstəlikləri yayan eyni ağcaqanadlar üçün necə cəlbedici olduğunu müqayisə ediblər.
Məlum olub ki, ağcaqanadları ən çox zanbaq, tropik meyvələr, tropik çiçəklərin qoxuları cəlb edir. 
Ağcaqanadlar üçün xoşagəlməz isə qarpız, badam və kokos qoxularıdır.
Kokos iyi ağcaqanadlar üçün çox pis gəlir. Buna görə də həşəratları qorxutmaq üçün kokos sabunundan istifadə edin.
Gundelik-Baku.Org