Makiyaj nümunələrinin təhlükələri açıqlandı

Makiyaj nümunələrinin təhlükələri açıqlandı
Çox vaxt makiyaj ləvazimatları almadan əvvəl onların testerindən istifadə edilir. 
Xarici mətbuat xəbər verir ki, bu zərərli prosesdir. 
Gözəllik mütəxəssislərindən birinin sözlərinə görə, həmin testerlər bakteriya mənbəyidir. Əsasən də dodaq boyalarının nümunələri təhlükəlidir. Çünki bakteriyalar birbaşa ağız yolu ilə orqanizmə daxil ola bilər. 
Buna görə də etibarlı makiyaj şirkətlərinə müraciət etməyi və bacardıqca testerlərdən uzaq durmaq tövsiyə edilir.  
Gundelik-Baku.Org