Putin ilk dəfə Kremlə hücumu şərh edib

Putin ilk dəfə Kremlə hücumu şərh edib
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Kremlə pilotsuz təyyarənin hücumuna münasibət bildirib və burada “xüsusi heç nə” olmadığını deyib.
Bu  barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb. 
Bildirilir ki,  Putin dronların Kremlə hücumuna “çox əhəmiyyət vermədiyini” deyib.
Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, oxşar pilotsuz təyyarələr vaxtilə Rusiyanın Suriyadakı “Hmeymim” aviabazası istiqamətində də buraxılıb.
Gundelik-Baku.Org