"Putin Heydər Əliyevin siyasi müdrikliyini yüksək qiymətləndirib" - Peskov

"Putin Heydər Əliyevin siyasi müdrikliyini yüksək qiymətləndirib" - Peskov
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun nöqteyi-nəzərini yüksək qiymətləndirib.
Bunu Kremlin sözçüsü Dmitri Peskov NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, Rusiya lideri ilə Heydər Əliyev arasında yaxın münasibətlər olub:
"Prezident Putinin Heydər Əliyevlə çox isti münasibətləri var idi. O, həqiqətən də Əliyevə çox hörmət edirdi. O zaman indiki ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin möhkəm əsasları qoyuldu.  Prezident oxşar əlaqələri İlham Əliyevlə də davam etdirir. Əlbəttə, ümumi tariximizdə, Sovet İttifaqının tarixində Heydər Əliyevin rolunu qiymətləndirməmək mümkün deyil. Bu rol həqiqətən də böyükdür",-  deyə Peskov vurğulayıb. 
Gundelik-Baku.Org