“Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı” - Türkiyə MN

“Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı” - Türkiyə MN
Türkiyənin Milli Müdafiə Nazirliyi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.
Paylaşımda deyilir:
““Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatorəsini vəfatının 19-cu ildönümündə hörmət və ehtiramla yad edirik”.
Gundelik-Baku.Org