“Harry Potter”in ulduzu ata oldu

“Harry Potter”in ulduzu ata oldu
Aktyor Deniel Redkliff və sevgilisi Erin Darkın ilk övladları dünyaya gəlib.  
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Qeyd edilib ki, 38 yaşlı amerikalı aktrisa ilə on ildən artıqdır ki, münasibətdə olan “Harry Potter”in 33 yaşlı ulduzu yeni doğulan körpəsi ilə küçəyə çıxıb və paparatsiyaların obyektivinə tuş gəlib. Uşağın adı və cinsi mətbuata məlum deyil. 
Cütlük 2012-ci ildə ”Kill Your Darlings”də birlikdə işləyərkən tanış olublar. Sevgililər valideyn olmağa hazırlaşdıqlarını uzun müddətdir gizli saxlayıblar. Darkın hamiləliyi təxminən bir ay əvvəl məlum olub.

Gundelik-Baku.Org