48 yaşlı Hollivud ulduzu ilk dəfə ana oldu

48 yaşlı Hollivud ulduzu ilk dəfə ana oldu
Hollivud aktrisası Hilari Suonk əkiz uşaq - oğlan və qız dünyaya gətirib.
O, bu barədə “Instagram” hesabında məlumat verib.
“Asan deyildi, amma oğlan və qız buna dəyərdi!”, - deyə 48 yaşlı ulduz yazıb.
Aktrisanın abunəçiləri şərhlərdə ona saysız-hesabsız təbriklər yağdırıblar.
Hilari Suonk 2018-ci ildən Flip Şnayderlə evlidir. 2022-ci ilin oktyabrında aktrisa hamilə olduğunu elan edib. Hollivud ulduzu Şnayderlə münasibətindən əvvəl 1997-2007-ci illərdə aktyor Çad Lou ilə evli olub.
Gundelik-Baku.Org