Amerikalı aktrisa 26 yaşlı idmançı ilə nişanlanıb

Amerikalı aktrisa 26 yaşlı idmançı ilə nişanlanıb
Amerikalı məşhur aktrisa və müğənni Vanessa Hadcens 26 yaşlı idmançı Koul Taker ilə nişanlanıb.
Koul Taker 34 yaşlı müğənniyə evlilik təklifini 2022-ci ilin sonunda cütlük Parisdə olarkən edib. Lakin cütlük məlumatı rəsmi olaraq təsdiqləməyib.
2007-ci ilin oktyabr ayında Hadcens təsdiqləyib ki, o, “High School Musical” serialındakı tərəf müqabili Zak Efronla görüşür. Ancaq 2010-cu ilin sonunda onlar ayrılıblar. O, 2011-ci ilin sentyabrından aktyor Ostin Batlerlə sevgili olub. Cütlük 2020-ci ilin əvvəlində ayrılıb.
Mənbə: TMZ
Gundelik-Baku.Org