“Avroviziya-2023”də onlar qonaq olacaq

“Avroviziya-2023”də onlar qonaq olacaq
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində çıxış edəcək qonaqların adı açıqlanıb.
Qonaqlar arasında “Avroviziya-2022”nin ikincisi Sem Rayder, 2019 və 2018-ci illərin qalibləri Dunkan Lourens və Netta Barzilay, İtaliyanın 2019 və 2022-ci il təmsilçisi Mahmud, İsveçin 2022-ci il təmsilçisi Korneliya Yakobs, İslandiyanın 2021-ci il təmsilçisi Dadi Freur və Böyük Britaniyanın 1993-cü il təmsilçisi Sonia olacaqlar.
Bu barədə 12 xal məlumat yayıb.
Qeyd edək ki, siyahıda ukraynalı artistlər – “Kalush Orchestra” qrupu, Go-A, Camala, Tina Karol və Verka Serdyuçka var.

Gundelik-Baku.Org