Britaniya səfiri təmsilçilərimizlə mahnı oxudu

Britaniya səfiri təmsilçilərimizlə mahnı oxudu
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld builki Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanovlarla görüşüb.
OLAY yazır ki, bu barədə əkizlər instaqram səhifələrində paylaşım ediblər.
Zaqatalaya səfər edən səfir onlarla təhsil aldıqları yerləri gəzib, eyni masa arxasında yemək yeyib. Həmçinin, “The Beatles” qrupunun “Hey Jude” mahnısını oxuyub.
“Nağıl səyahətindən Avroviziya səhnəsinə qədər! Səfir Ferqus Auld Zaqataladan Liverpula qədər sehrli macəramız haqqında hər şeyi eşitmək üçün bizimlə idi. Səfir Auld, səyahətimizdə iştirak etdiyinizə və sarsılmaz dəstəyinizə görə təşəkkür edirik!”, - deyə, əkizlər bu barədə yazıblar.
Qeyd edək ki, TuralTuranX ölkəmizi “Tell me more” mahnısı ilə təmsil edəcək.

Gundelik-Baku.Org