"Qərbə görə Ukrayna hər gün əsgər itirir" - Zelenski

"Qərbə görə Ukrayna hər gün əsgər itirir" - Zelenski
Qərb ölkələri Kiyevə lazım olan silahları çatdırmaqda ləng gedir.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin itkilərinə səbəb olur.
"Anlamaq lazımdır ki, biz hər dəfə vəd edilmiş silahların çatdırılmasının gecikdiyini eşidəndə, hər dəfə Ukrayna üçün silahların növü, çeşidi və ya digər keyfiyyət xüsusiyyətləri ilə bağlı şübhələr yarandıqda, bu o deməkdir ki, Ukrayna əsgərləri hər gün həyatını itirir", - Ukrayna lideri qeyd edib.
Gundelik-Baku.Org