Sevgilimi parçalamamaq üçün idman edirəm: İrem Derici

Sevgilimi parçalamamaq üçün idman edirəm: İrem Derici
Türkiyəli məşhur müğənni İrem Derici 4 aydır basketbolçu Atakan Işıktutan ilə birlikdədir.
Onlar dünən birlikdə film təqdimatına qatılıblar. Müxbirlərin suallarını cavablandıran müğənni sevgilisi ilə münasibətləri barədə danışıb.
35 yaşlı İremin sevgilisi özündən 6 yaş kiçikdir.
Bu günlərdə Amsterdamdan birlikdə tətildən döndüklərini və indi də tez - tez idman zallarından birlikdə məşq etdiklərini deyən müğənni zarafatla bildirib. “Mən sevgimi hayqırmağı sevən biriyəm. Onu çox sevdiyimdən parçalamamaq üçün enerjimi idmanla çıxarıram”.

Gundelik-Baku.Org