Türkiyədə müxalifət blokunda dava düşdü

Türkiyədə müxalifət blokunda dava düşdü
Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə deputatlığa namizədlərin ortaq siyahısı tərtib edilərkən müxalifət blokunun nümayəndələri arasında dava düşüb. 
Bu barədə Türkiyənin  "Star" qəzeti məlumat yayıb. 
Bildirilir ki, “Millət İttifaqı”ndan prezidentliyə vahid namizəd Kamal Kılıçdaroğlunun mühafizəçiləri məsələyə müdaxilə edib.
"Müxalifət blokunda gərginlik pik həddinə çatıb, Xalq Cümhuriyyəti Partiyasının iclasında mübahisə zəminində deputatların siyahıları 4 dəfə dəyişdirilib. Böhran kiçik partiyaların köməyi ilə qismən aradan qaldırılsa da, bu dəfə siyahı ilə razılaşmayan Xalq Partiyasının üzvləri davaya başlayıblar. Kılıçdaroğlunun mühafizəçiləri davaya müdaxilə etməli olublar", - qəzet qeyd edib.  
Gundelik-Baku.Org