Finlandiya hökuməti istefa verdi

Finlandiya hökuməti istefa verdi
Finlandiyada hökumət istefa verib.
Xarici KİV xəbər verir ki, Baş nazir Sanna Marin hökumətin istefası ilə bağlı qərarı ölkə Prezidenti Sauli Niinistyoya təqdim edib.
Nazirlər Kabineti yenidən formalaşdırılana qədər hökumət vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, S.Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası aprelin 2-də keçirilən parlament seçkilərində məğlub olub. Bundan sonra hökumət başçısı istefa verəcəyini açıqlayıb.
Gundelik-Baku.Org