Baş nazir istefa verməsinin səbəbini AÇIQLADI: "Yorulmuşam"

Baş nazir istefa verməsinin səbəbini AÇIQLADI: "Yorulmuşam"
Yeni Zelandiyanın baş naziri Casinda Ardern istefa verib. 
CNN xəbər verir ki, bu barədə Ardern mətbuat konfransında deyib. 
O, işdə həddindən artıq yorğunluq səbəbindən istefa vermək qərarına gəldiyini açıqlayıb. 
“Bu, mənim öz qərarımdır. Ölkəyə rəhbərlik etmək hamıdan şərəfli, eyni zamanda ən çətin işdir. İşimi yerinə yetirmək üçün artıq enerjim tükənib”, - deyə o bildirib. 
Onun sözlərinə görə, yeni baş nazir fevralın 7-də və ya ondan əvvəl and içəcək.
***09:12
2017-ci ildə 37 yaşında "dünyanın ən gənc qadın baş naziri" seçilən Casinda Ardern rəsmi olaraq fevral ayında tutduğu vəzifədən istefa verəcək. 
Xarici KİV xəbər verir ki, fevralın 7-də Ardern baş nazir və İşçi Partiyasının lideri postunu tərk edəcək.
Onun hansı səbəbdən istefa qərarını alması hələlik məlum deyil.
Casinda Ardern, COVID-19 pandemiyası, 2019-cu ildə Kraystçörçdə 50 nəfərin ölümünə səbəb olan hücumlar və  vulkanın püskürməsi kimi hadisələrlə keşməkeşli bir hakimiyyət dövründə liderliyinə görə dünya şöhrətini qazanıb.
Gundelik-Baku.Org