Aktrisalıq bunlar üçün əla vasitədir: Ahsen Eroğlu

Aktrisalıq bunlar üçün əla vasitədir: Ahsen Eroğlu
“Menejerimi ara” serialı ilə azərbaycanlı tamaşaçılara yaxşı tanış olan gənc aktrisa Ahsen Eroğlu oynadığı xarakterləri necə seçməsi barədə danışıb.
O, bildirib ki, ictimai mesajlar çatdırmaq üçün aktrisalıq əla vasitədir.
“Bütün rollarımı seçərək oynayıram. Ən çətin, ən mürəkkəb obrazlara üstünlük verirəm. Çalışıram hər obraz məni bir az daha inkişaf etdirsin, bununla özüm özümü kəşf edirəm, nələrə qadir olduğumu görürəm. Sərhədlərimi genişləndiririəm. Aktyorluq insanın insanları və ən əsas özünü kəşf etməsi üçün də əla vasitədir.”


Gundelik-Baku.Org