Daha 4 voleybolçu qadın zəlzələdə həlak oldu

Daha 4 voleybolçu qadın zəlzələdə həlak oldu
Türkiyədə daha 4 voleybolçu zəlzələ nəticəsində həlak olub. 
Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
TVF-dan edilən şərhdə: "Rasus Kimya Hatay Voleybol Komandasının idmançıları Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlunun zəlzələ nəticəsində dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik. İdmançılarımıza və həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, başsağlığı veririk.Yaralılara isə tezliklə şəfa diləyirik". - deyə ifadə edilib. 
Gundelik-Baku.Org