Məkkədə güclü yağış xəbərdarlığı səbəbindən təhsil uzaqdan davam etdiriləcək

Məkkədə güclü yağış xəbərdarlığı səbəbindən təhsil uzaqdan davam etdiriləcək
Səudiyyə Ərəbistanının bir çox şəhərində başda Məkkə-i Mükarremə olmaqla güclü yağış xəbərdarlığı səbəbiylə təhsilin sabah uzaqdan davam edəcəyi bildirilib. 

Məkkə, Ciddə, Taif, əl-Bəha və əl-Mahva şəhərlərinin təhsil müdirlikləri, sabah ibtidai və orta təhsil müəssisələrində təhsilin distant rejimdə aparılacağını açıqlayıb. Milli Meteorologiya Mərkəzindən yağıntı xəbərdarlığı alınıb. 

Təhsil müdirlikləri tərəfindən verilən açıqlamalarda, distant təhsil qərarının tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün alındığı qeyd edilib. Taif Universitetindən verilən açıqlamada bildirilib ki, universitet sabah təlimləri məsafədən davam etdirəcək. 
Gundelik-Baku.Org