Tonoyan öz yaxınları ilə görüşmək istəmir

Tonoyan öz yaxınları ilə görüşmək istəmir
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanıldığı “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsində öz yaxınlarına onu ziyarət etməyə icazə vermir.
Bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb. 
“Bu günə qədər Tonoyana öz yaxınları və qohumları ilə görüşməyə icazə verilmirdi. İndi bu qadağa keçmiş nazirin ən yaxın şəxslərinə şamil edilmir, lakin Tonoyan bu imkandan imtina edib”, - deyə qəzet yazır. 
Xatırladaq ki, 4,6 milyon dollar həcmində vəsaiti mənimsəməkdə ittiham olunan David Tonoyan artıq 1 il 4 aydır ki, həbsdədir.
Gundelik-Baku.Org