Ruslar Ukraynada 495 uşaq öldürüb

Ruslar Ukraynada 495 uşaq öldürüb
Rusiyanın Ukraynaya hücumu nəticəsində 495 uşaq həyatını itirib. 
Bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb. 
Məlumata görə, 931-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Həyatını itirən və xəsarət alan uşaqların çoxu Donetsk vilayətində qeydə alınıb. Belə ki, Donetsk vilayətində 446, Xarkov vilayətində 273, Kiyev vilayətində 123, Xerson vilayətində 94, Zaporojye vilayətində 84, Nikolayev vilayətində 83, Çerniqov vilayətində 68, Luqansk vilayətində 66, Dnepropetrovsk vilayətində isə 64 uşaq xəsarət alıb və həyatını itirib. 
 
Gundelik-Baku.Org