İranda əfqan casus həbs olundu

İranda əfqan casus həbs olundu
İranın Mazandaran vilayətində casusluq edən Əfqanıstan vətəndaşı həbs olunub.
"Təsnim" xəbər verir ki, həmin şəxsin İranda 39 il yaşadığı müəyyən edilib.
O, casusluq, dələduzluq və rüşvətxorluq ittihamı ilə həbs edilib. Əfqanıstan vətəndaşının bundan əvvəl də şübhəli qismində saxlanıldığı və qısa müddət sonra sərbəst buraxıldığı məlum olub.
Gundelik-Baku.Org