Rusiya Polşaya neft tədarükünü dayandırdı

Rusiya Polşaya neft tədarükünü dayandırdı
Polşanın “Orlen” neft-qaz şirkətinin rəhbəri Daniel Obaytek Rusiyanın “Drujba” boru kəməri ilə ölkəyə neft nəqlinin dayandırıldığını açıqlayıb.
Bu barədə o, “Twitter”də yazıb.
“Rusiya Polşaya neft tədarükünü dayandırdı, buna tam hazır idik. Bizə xammalın cəmi 10 faizi Rusiyadan gəlirdi və onu başqa mənbələrlə əvəz edəcəyik. Bu, son bir neçə il ərzində həyata keçirdiyimiz şaxələndirmənin nəticəsidir”, - Obaytek bildirib.
O, əlavə edib ki, ölkəyə neft tədarükünə dair daha ətraflı məlumat çərşənbə axşamı, fevralın 28-də inkişaf layihələri ilə bağlı keçiriləcək konfransda ictimaiyyətə açıqlanacaq.


 
Gundelik-Baku.Org