Tatlısəs 5 evini zəlzələdən əziyyət çəkənlərə verdi

Tatlısəs 5 evini zəlzələdən əziyyət çəkənlərə verdi
Türkiyəli sənətkar İbrahim Tatlısəs zəlzələdən əziyyət çəkən vətəndaşlara dəstək olub. 
Bakupost.az xəbər verir ki, o, Bodrumdakı 5 evinin qapısını vətəndaşlara açaraq, “Evim Yuvan Olsun” kampaniyasına qatıldığını vurğulayıb. 
Tatlısəs İnstaqram hesabında video paylaşaraq hər kəsi kampaniyaya qoşulmağa çağırıb. 
““Evim Yuvan Olsun” kampaniyasına qoşul. İndi yaraları sağaltmaq vaxtıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. Mümkünsə, siz də edin”. 
Qeyd edək ki, vitse-prezident Fuat Oktay Türkiyəni sarsıdan böyük zəlzələdən sonra kampaniyaya başladıqlarını açıqlayıb. 
Bildirilib ki, xeyriyyəçilər evlərini zəlzələdən zərər çəkənlərə pulsuz və ya əlverişli şərtlərlə kirayə verə bilərlər. 
Gundelik-Baku.Org