Hazırlaşdığımız hücum üçün əsgərlərimizə daha çox silah verməyə çalışırıq - Zelenski

Hazırlaşdığımız hücum üçün əsgərlərimizə daha çox silah verməyə çalışırıq - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusuna qarşı hazırladıqları hücum üçün Ukrayna ordusunu getdikcə daha təsirli silahlarla təmin etməyə çalışdıqlarını bəyan edib.
 
Xarici medianın məlumatına görə, Ukrayna üçün bəzi mühüm qərarların alındığını bildirən Zelenski deyib:
“Dövlətimizi qorumaq, əsgərlərimizi gücləndirmək üçün daha bir güclü qərar verildi. Daha çox hava hücumundan müdafiə sistemi tərəfdaşlar tərəfindən təsdiqləndi. Daha çox tank təsdiqləndi. Daha çox top və mərmi təsdiqləndi. Ordumuzun gələcək hazırlığı təsdiqləndi”.
Gundelik-Baku.Org