Ermənistanın XİN rəhbəri Ankaraya getdi

Ermənistanın XİN rəhbəri Ankaraya getdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gedib.
XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinə Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-prezidenti Ruben Rubinyan da daxildir.
Səfər çərçivəsində Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş gözlənilir, bundan sonra nazirlər birgə mətbuata bəyanatla çıxış edəcəklər.
Daha sonra Ermənistanın xarici işlər naziri təbii fəlakətdən ən çox zərər çəkmiş Adıyamana gedəcək. Orada erməni xilasedicilərlə görüşəcək. 
Gundelik-Baku.Org