Türkiyədə bir qazanda 150 min dollar tapıldı

Türkiyədə bir qazanda 150 min dollar tapıldı
Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar aşkar ediblər.
TASS xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, xilasedicilər uçan evdə axtarış-xilasetmə əməliyyatları zamanı içərisi yüz dollarla dolu olan qazan aşkar ediblər.
Daha sonradan tapılan məbləğin 150 min dollar olduğu müəyyən edilib və vəsaitlər yerli polisə təhvil verilib.
Gundelik-Baku.Org