Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir

Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
16 təlim keçmiş itin olduğu təyyarə paytaxt Mexikodan yola düşüb. Zəlzələlərin tez-tez baş verdiyi Meksikada ekspert mülki və hərbi axtarış-xilasetmə qrupları var. 2017-ci ildə ölkədə baş verən zəlzələ zamanı itlər insanların həyatını xilas etməkdə oynadıqları rola görə çox yüksək qiymətləndirilib. Frida adlı Labrodor Retriever, Mexikoda qoruyucu eynək və ayaqqabı taxaraq çəkiləndən sonra beynəlxalq aləmdə məşhurlaşdı. Donanma rəsmilərinin bildirdiyinə görə, Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda 12 nəfəri xilas edib.
Gundelik-Baku.Org