4 gün öncə aldıqları evin dağıntıları altında öldülər

4 gün öncə aldıqları evin dağıntıları altında öldülər
Zəlzələ baş verən Türkiyənin Kahramanmaraş bölgəsində daha bir ailə faciəsi yaşanıb. 
Elbistan mahalında baş verən hadisədə bir ailənin beş üzvü 4 gün öncə aldıqları evin dağıntıları altında qalaraq vəfat ediblər. 
Məlumata görə, İsmayıl Taşkın işləmək üçün sözügedən bölgəyə gedibmiş. Zəzələdən sonra onunla bərabər həyat yoldaşı Zeliha Taşkın, uşaqları Sehernur, Hanım və 5 yaşlı Məhəmməd Əmin Taşkının cəsədləri tapılıb. 
İsmayıl Taşkın fevralın 2-də Günəşli məhəlləsində aldığı mənzilin sənədinin sevincini sosial media hesabında paylaşmışdı.
Gundelik-Baku.Org