Türk Hava Yolları uçuş qrafikini dəyişdi – SƏBƏB

Türk Hava Yolları uçuş qrafikini dəyişdi – SƏBƏB
Türk Hava Yolları fevralın 5-dək ölkənin əksər ərazisini əhatə edəcək güclü qar səbəbindən uçuş cədvəlinin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilir.
“Fevralın 5-də gözlənilən hava şəraiti bəzi uçuşlarımıza təsir edə bilər”, - deyə məlumatda bildirilir.
Şirkət müştərilərdən uçuşlarının vəziyyətini əvvəlcədən onlayn yoxlamağı xahiş edib.
Türkiyə Meteorologiya Xidmətinin məlumatına görə, cümə günü axşam saatlarından etibarən ölkənin bir sıra əyalətlərində, o cümlədən Ankara, İstanbul və ölkənin cənub-şərqində qar yağacaq.
Gundelik-Baku.Org