Meksikada polkovnik kartel tərəfindən qaçırıldı

Meksikada polkovnik kartel tərəfindən qaçırıldı
Meksika ordusunun polkovniki Grimaldo Munoz narkotik karteli tərəfindən qaçırılıb. 
Xarici KİV xəbər verir ki, bu barədə Meksika ordusu məlumat yayıb. 
Bildirilir ki,  ölkənin şimal sərhədindəki Nuevo Laredo şəhərində bir dəstəyə komandirlik edən polkovnik Xalisko ştatında tətildə olarkən hücuma məruz qalıb.
Narkotik karteli tərəfindən qaçırıldığını bildirilən Munozun axtarışları davam edir.
Qeyd edək ki, bu son bir ayda  Meksika ordusunun zabitinə ikinci kartel hücumudur.
Gundelik-Baku.Org