Pişik Leopoldun yaradıcısı vəfat etdi

Pişik Leopoldun yaradıcısı vəfat etdi
Pişik Leopold obrazının yaradıcısı, multiplikator rəssam Vyaçeslav Nazaruk 82 yaşında vəfat edib.
Bu barədə “Soyuzmultfilm”in baş redaktoru Sergey Kapkov bazar günü bildirib.
Nazaruk həm də məşhur “Bəbir üçün ev” və onlarla digər cizgi filmlərinin quruluşçu rəssamı olub.
Məlumata görə, son illərdə o, qədim rus tarixində baş verən hadisələrə həsr olunmuş rəsmlər çəkib.
Kapkov qeyd edib ki, Nazarukla vida mərasimi fevralın 1-də Birinci Şəhər Xəstəxanası yanındakı Tsareviç Dmitri məbədində keçiriləcək.
Mənbə: TASS
Gundelik-Baku.Org