"Toyota"nın prezidenti istefa verəcək

"Toyota"nın prezidenti istefa verəcək
2009-cu ildən Yaponiyanın ən böyük avtomobil konserni olan "Toyota Motors"a rəhbərlik edən Akio Toyoda şirkətin prezidenti vəzifəsini tərk edir. 
Bu barədə şirkətin rəsmi saytı məlumat dərc edib. 
Məlumata görə, avtomobil konserninin təsisçisinin nəvəsi olan 66 yaşlı Toyoda, şirkətin direktorlar şurasının sədri vəzifəsini tutacaq. Əvvəllər icraçı direktor vəzifəsini tutan Kodzi Sato "Toyota"nın yeni direktoru olacaq. Yenidən təşkilin yeni maliyyə ilinin başlanması ilə (2023-cü il aprelin 1-dən başlayaraq) baş tutacağı vurğulanır. 
Gundelik-Baku.Org