Avropada avtomobil satışları 1993-cü ilin SƏVİYYƏSİNƏ DÜŞDÜ

Avropada avtomobil satışları 1993-cü ilin SƏVİYYƏSİNƏ DÜŞDÜ
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası 2022-ci il üçün Avropa İttifaqında avtomobillərin qeydiyyatı ilə bağlı statistikanı açıqlayıb.
Xarici KİV xəbər verir ki, Avropa İttifaqında avtomobil satışları 1993-cü il səviyyəsinə düşüb.
Belə ki, keçən il Aİ-də 9,2 milyondan bir qədər çox avtomobil qeydiyyata alınıb. Yanvar-dekabr aylarında avropalılar 9 milyon 255 min 930 avtomobil qeydiyyata alıb ki, bu da 2021-ci illə müqayisədə 4,6 faiz azdır. Bu isə 1993-cü ildən bəri ən pis nəticədir.
Analitiklər qeyd edirlər ki, Aİ-də avtomobil bazarı hələ də aylıq satışların bir milyon avtomobili ötdüyü pandemiyadan əvvəlki səviyyədən xeyli aşağıdır.
ACEA açıqlamasında illik satışların azalması 2022-ci ilin birinci yarısında ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı olduğunu deyib.
Gundelik-Baku.Org