Ərdəbildə qazın kəsilməsi böyük quşçuluq təsərrüfatını məhv etdi

Ərdəbildə qazın kəsilməsi böyük quşçuluq təsərrüfatını məhv etdi
İranın Ərdəbil şəhərində qazın kəsilməsi böyük quşçuluq təsərrüfatını məhv edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, qazın verilişində yaranmış fasilə cücələrin soyuqdan ölməsinə səbəb olub.
Xatırladaq ki, İranın bir çox bölgəsində qazın kəsilməsi əhalini acınacaqlı vəziyyətə salıb. Hökumət bir sıra idarə, mərkəz və iş yerlərini bağlamaqla qaz çatışmazlığını kompensasiya etməyə çalışır.

 
Gundelik-Baku.Org