Avropada qazın qiyməti kəskin ucuzlaşdı

Avropada qazın qiyməti kəskin ucuzlaşdı
Bazar ertəsi London ICE birjasında qazın qiyməti 1000 kubmetr üçün təxminən 600 dollara düşüb.
Bu, 2021-ci ilin avqustundan bəri ilk dəfə baş verib.
Gün ərzində ümumi qiymət azalması 15%-dən çox olub.
Niderlandın TTF qovşağında fevral fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 609 dollaradək ucuzlaşıb.
Ekspertlərin fikrincə, Avropada kifayət qədər isti hava şəraiti qaz qiymətlərinin azalmasına şərait yaradır.
Mənbə: TASS
Gundelik-Baku.Org