Eks-baş nazirin qatilinin psixoloji problemi olmadığı təsdiqləndi

Eks-baş nazirin qatilinin psixoloji problemi olmadığı təsdiqləndi
Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyən 42 yaşlı Tetsuya Yamaqami ağlı başında olduğu elan edilib.
TASS xəbər verir ki, ekspertiza ötən ilin iyul ayından aparılıb.
Nəticələri alındıqdan sonra siyasətçinin qatilinin qapalı tibb müəssisəsindən Nara şəhərindəki polis həbsxanasına köçürülməsinə qərar verilib. Bundan əlavə, yanvarın 13-də onun həbs müddəti başa çatır, bundan sonra o, qətldə və qanunsuz silah saxlamaqda ittiham olunacaq.
Qeyd edək ki, Tetsuya Yamaqami 2022-ci il iyulun 8-də Nara şəhərində seçki kampaniyası zamanı keçmiş Baş nazir Şinzo Abeni kustar üsulla hazırlanmış silahla kürəyindən vurub və nəticədə Abe həyatını itirib.
Gundelik-Baku.Org