Rusiya PUA-ları məhv etmək üçün yeni texnikaların istehsalına başlayır

Rusiya PUA-ları məhv etmək üçün yeni texnikaların istehsalına başlayır
Rusiyada 2023-cü ilin fevral-mart aylarında yeni nəsil elektron müharibə və dron əleyhinə avadanlıqların istehsalına başlanılması planlaşdırılır.
Yerli KİV bildirir ki, hazırda nümunə üçün istehsal olunan hərbi texnikalar sınaqdan keçirilir. Sınaqlardan sonra ən son texnikalar artıq Rusiya Silahlı Qüvvələrinə daxil olmağa başlayacaq.
“Bir-iki ay ərzində dövlət sınaqlarının başa çatdırılması və prinsipial olaraq yeni nəsil aviasiya və yerüstü elektron döyüş texnikasının və pilotsuz uçuş aparatlarının kütləvi istehsalına keçid planlaşdırılır”, - deyə ROSTEK-dən bildirilib.
Gundelik-Baku.Org