"Ermənistanın əsas problemi Paşinyandır" - Erməni siyasətçi

"Ermənistanın əsas problemi Paşinyandır" - Erməni siyasətçi
Ermənistanın əsas problemi ölkənin mövcudluğu üçün əsas təhlükə olan Nikol Paşinyan adlı şəxsdir. 
Bunu erməni politoloq Stepan Danielyan "Facebook" səhifəsində yazıb.
Siyasətçinin sözlərinə görə, bu problem 2023-cü ildə aradan qaldırılmalıdır: "Ermənistanın siyasi ünsürü 2023-cü ildə onlara həmin ildə eqoist və destruktiv meyilləri aradan qaldırmağa, xalqda inam yaratmağa və o ekzistensial təhlükədən qurtulmağa imkan verəcək təşkilatlanma forması tapa biləcəkmi? Bu, gələn ilin əsas problemidir".
Gundelik-Baku.Org