Ölkəsindəki repressiyalara etiraz edən iranlı Fransada özünü öldürdü

Ölkəsindəki repressiyalara etiraz edən iranlı Fransada özünü öldürdü
38 yaşlı iranlı Məhəmməd Moradi ölkəsindəki gərgin vəziyyətə diqqət çəkmək üçün yaşadığı Fransada intihar edib.
İnsident Lion şəhərinin cənub-şərqində baş verib.
Belə ki, Məhəmməd Moradi özünü Rona çayına ataraq həyatına son qoyub.
M.Moradi intihar etməmişdən əvvəl sosial mediada öz izləyicilərinə müraciət edib.
Videonu iranlı jurnalist Məsih Əlinejad paylaşıb.
O, videoda bildirib ki, bu müraciət onun intiharının anonsudur: “Siz bu videoya baxanda mən Rona çayında boğulacağam”.
Xatırladaq ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin aparıldığı xəstəxanada ölməsindən sonra İranda kütləvi etiraz aksiyaları başlayıb.
Mənbə: Firstpost.com
Gundelik-Baku.Org