"Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı işlər davam etdirilir" - Nazir

"Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı işlər davam etdirilir" - Nazir
2022-ci il ərzində Azərbaycan Prezidenti Türkiyəyə üç səfər edib, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana iki səfər edib. Həmçinin beynəlxalq platformalarda da ikitərəfli görüşlər keçirilib.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Şuşa Bəyannaməsindən irəli gələn bütün sahələrdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı işlər davam etdirilir.
C.Bayramov qeyd edib ki, bu il Azərbaycanın dünya ölkələrində təmsilçiliyinin genişlənməsi baxımından önəmli il olub:
"Cari il açılan səfirliklər və konsulluqlar nəzərə alınmaqla, xaricdə Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb. Azərbaycanın İsraildə və Albaniyada yeni səfirlikləri təsis edilib. Bundan əvvəlki ildə qəbul edilmiş qərarlara uyğun olaraq, Azərbaycanın ilk dəfə Vatikanda, Bosniya və Herseqovinada səfirləri təsis edilib. Eyni zamanda, ölkəmizin Afrika qitəsindəki dövlətlərlə əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi önəm verilib".
Gundelik-Baku.Org