"Dövlət qulluğu ilə əlaqədar çox ciddi dəyişikliklər gedir" - Məleykə Abbaszadə

"Dövlət qulluğu ilə əlaqədar çox ciddi dəyişikliklər gedir" - Məleykə Abbaszadə
"Dövlət qulluğuna qəbul imtahanına dəyişiklik edərkən dünya standartlarına da baxırıq ki, etdiyimiz dəyişiklik bizə necə nəticə verəcək".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda dövlət qulluğu ilə əlaqədar çox ciddi dəyişikliklər gedir:
"Strategiyamız təsdiqlənib. Bu strategiya çərçivəsində biz kompodensiya modelinə keçməyi nəzərdə tuturuq. Bunun üçün bizim ekspertlər və mütəxəssislər buna hazır olmalıdır. Eyni zamanda, elmi araşdırmalar da aparırıq. Pilot layihələr edirik. Bu layihələr əsasında yeni normativləri təbii ki, təqdim edirik. Bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq qurub, yeni addımı ata biləcəyik. Dünya üzrə dövlət qulluğunda 58% insan işləyir. Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, bizim ölkədə də bu rəqəmlərlə bağlı araşdırmalar aparılmalıdır".
Gundelik-Baku.Org