Prezidentlərin Birinci Zirvə Görüşü başladı

Prezidentlərin Birinci Zirvə Görüşü başladı
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb.
Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilir.
Əvvəlcə Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçıları birgə foto çəkdiriblər.
Qeyd edək ki, Zirvə Görüşündə energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrinə dair məsələlər müzakirə ediləcək.
Gundelik-Baku.Org