Şəhid tələbələrin diplomları ailələrinə verildi

Şəhid tələbələrin diplomları ailələrinə verildi
"Dördüncü kursda oxuyan, lakin 1 kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin əksəriyyətinin diplomları onların ailələrinə verilib".
Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, diplom dövlət sənədidir: "Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib". 
Gundelik-Baku.Org