İlham Əliyev Vuçiçlə bu məsələləri müzakirə etdi

İlham Əliyev Vuçiçlə bu məsələləri müzakirə etdi
Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik.
Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.
“Mənim dostum Aleksandarın dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və getdikcə bizim rolumuz artacaq. Əlbəttə ki, ilk növbədə biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi texniki sahədə əməkdaşlıq aparılır. Və bu əməkdaşlığın daha da dərinləşməsi və daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq”, - dövlət başçısı bildirib.
Gundelik-Baku.Org