" Bizim əməkdaşlığımızın strateji hədəfləri var" - İlham Əliyev

" Bizim əməkdaşlığımızın strateji hədəfləri var" - İlham Əliyev
Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.
“Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var", - deyə dövlət başçısı bildirib.
Gundelik-Baku.Org