Nənəsindən qalan mirası kasıblara paylayacaq

Nənəsindən qalan mirası kasıblara paylayacaq
Avstriyalı Marlene Engelhorn nənəsindən miras qalan 25 milyon avroluq sərvəti bağışlamaq qərarı ilə dünyanın gündəm mövzusuna çevrilib.
Xarici KİV xəbər verir ki, Vyanada yaşayan 31 yaşlı Engelhorn bu pulu bölüşdümək üçün 50 nəfərdən ibarət komanda yaradıb.  
Marlen Engelhorn Almaniyanın BASF kimya və əczaçılıq şirkətinin qurucusu Fridrix Engelhornun nəslindəndir və onun nənəsi 2022-ci ilin sentyabrında vəfat etdikdən sonra ailəsinin sərvəti Marlene qalıb. Amerikanın "Forbes" jurnalı nənə Traudl Engelhorn-Vin sərvətinin təqribən 3,8 milyard avro olduğunu vurğulayıb.  
Marlene Engelhorn miras alacağı pulun 90 faizini bağışlamağı planlaşdırdığını açıqlayıb. Engelhornun nə qədər miras aldığı isə məlum deyil.
Özünü "doğulmuş lotereya qalibi" kimi qələmə verən Engelhorn açıqlamasında belə deyib: "Əgər siyasətçilər öz işlərini görməsə və sərvətləri yenidən bölüşdürməsələr, mən öz sərvətimi bölüşdürməli olacağam. Bir çox insanlar hətta dolanmaqda çətinlik çəkirlər. Baxmayaraq ki, onlar tam zamanlı işlərdə işləyirlər və işləməklə qazandıqları hər avroya görə vergi ödəyirlər:Mən bu vəziyyəti siyasətin uğursuzluğu kimi görürəm. Siyasətçilər uğursuzluğa düçar olarsa, vətəndaşlar özləri həll yolu tapmalıdırlar".
Gundelik-Baku.Org