Bakıda mebel sexi yandı

Bakıda mebel sexi yandı
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan köməkçi tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) divarına quraşdırılan elektrik sayğacı, dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisində olan avadanlıqlar 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org