29 yaşlı kişi özünü avtomobildən yola ATDI

29 yaşlı kişi özünü avtomobildən yola ATDI
Şabran sakini özünü hərəkətdə olan avtomobildən yola atıb.
Rayonun Ağalıq  kənd sakini, 1995-ci il təvəllüdlü Sübhan Nəsirov tanıdığı şəxs ilə avtomobildə hərəkətdə olan zaman  aralarında yaranan mübahisə zamanı özünü nəqliyyat vasitəsindən atıb.
Müxtəlif dərəcəli  xəsarətlər alan S.Nəsirov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. 

Gundelik-Baku.Org